Şəkinin kəndlərində yenidən yanğınlar başlayıb
Şəkinin Oğuzla həmsərhəd kəndlərində yenidən yanğınlar başlayıb. Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA TV-nin yerli bürosuna verilən məlumata görə, ötən gün saat 16 radələrindən Şəkinin Oğuzla həmsərhəd olan Aşağı Kəldək və Aşağı Daşağıl kəndlərinin inzibati ərazisində biçilmiş taxıl, quru ot və kol-kos sahələrində yenidən yanğınlar başlayıb. Yanğın saat 18 radələrinə 80 hektardan çox ərazini əhatə edib. Yanğının söndürülməsinə FHN-nin Şəki, Qax, Oğuz, Qəbələ, Yevlax rayonlarının və Mingəçevir şəhər DYMH-nin yanğınsöndürən maşınları və şəxsi heyətləri cəlb edilib.
Yerli sakinlərin APA TV-yə verdiyi məlumatına görə, yanğın ərazidə olan üç fermaya da keçib. Fermalardan biri təmamilə yanıb. Yanğının söndürülməsinə kənd sakinləri də cəlb olunub.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri