Sərxoş Bakı sakini 112-yə zəng vurdu: “Uşağın bədəninə bomba bağlamışam”
FHN-nin 112 "qaynar xətt"inə gələn zəng həyəcana səbəb olub. APA TV-nin "Vesti.az"a istinadən verdiyi məlumata görə, açıq mobil nömrədən zəng edən şəxs azyaşlı uşağın üzərinə bomba bağladığını deyib. Hadisə yerinə dərhal Binəqədi rayon Polis İdarəsinin əməkdaşları da gediblər. Mirəli Qaşqay küçəsində yerləşən ünvana gələn polis əməkdaşları burada nə uşaq, nə də bomba aşkarlayıblar. Amma zəng edən şəxs tapılıb. Onun Binəqədi rayon sakini Məmmədov Mahmud İslam oğlu olduğu müəyyən edilib. O saxlanılıb. Mahmud Məmmədovun sərxoş olduğu məlum olub. Araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri