Xaçmazda dənizdə ölüm-dirim savaşı: bir nəfər öldü, iki nəfər xilas edildi
Xaçmazda bir nəfər dənizdə batıb, iki nəfər isə xilas olunub. APA TV-nin verdiyi xəbərə görə, Xaçmaz rayonu, Müqtədir qəsəbəsində 3 nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib. FHN-nin dalğıc-xilasediciləri onlardan ikisini xilas edib. Bir nəfərin isə axtarışlarına başlanılıb.
Bir müddət sonra 2000-ci il təvəllüdlü Abbasov Kamran Tofiq oğlunun cəsədi “Seyidli” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən tapılaraq çıxarılıb. Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri