Şəmkirdə həmkəndlilərin davası: 22 yaşlı oğlan öldürüldü
Şəmkir rayonunda qətl törədilib.
Şəmkir Rayon Prokurorluğundan APA TV-yə verilən məlumata görə, hadisə rayonun Seyfəli kəndində qeydə alınıb. Kənd sakini, 1991-ci il təvəllüdlü Məzahir İsgəndərov aralarında yaranmış mübahisə zəminində həmkəndlisi, 1993-cü il təvəllüdlü Rasim Qənbərlini bıçaqlayaraq qətlə yetirib.
Hadisəni törədən Məzahir İsgəndərov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri