Yəmən hərbçiləri pusquya düşdü: 65 ölü
Yəmən ordusunun 65 hərbi qulluqçusu üsyançı husilərin qurduğu pusquya düşərək həlak olub. APA TV-nin TASS agentliyinə istinadən verdiyi məlumata görə, insident Yəmənin cənubundakı Aqaba Tara bölgəsində baş verib.
Şiddətli döyüş zamanı 15 nəfər itirən husilər həmçinin Yəmən ordusuna məxsus 8 zirehli maşını və 4 tankı məhv ediblər.
Bundan əvvəl bildirilirdi ki, Yəmən hökumət qoşunları ölkənin bütün cənub əyalətlərini nəzarət altına alaraq şimala doğru irəliləyirlər. Qeyd edək ki, Yəmənin paytaxtı Səna şəhəri husilərin nəzarəti altındadır.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri