Sabirabadda məscid yandı - MÜƏMMA
Sabirabad rayonunda məscid yanıb. APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, gecə saatlarında Sabirabad rayonu, Osmanlı kəndində ümumi sahəsi 200 kv.m olan məscidin dam örtüyü yanıb. Hadisə yerinə FHN-nin Şirvan şəhəri və Sabirabad rayonunun DYMX-nIn texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın lokallaşdırılıb və məscidin qalan hissəsi yanğından mühafizə olunub. İlkin məlumata görə, yanğına səbəb elektrik xəttində baş verən qısa qapanma olub. Məscidin axundu Mirsahib Babayevin bildirdiyinə görə, məscidi tərk edərkən bütün elektrik cihazları söndürülüb.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri