Ucarda vəhhabi falçı xalasını bıçaqladı
Ucar rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb. APA TV-nin məlumatına görə, 29 yaşlı Qaracallı kənd sakini Ruslan Mövlud oğlu Əbdülrəhmanov xalası, 50 yaşlı Məlahət Zeynal qızı Qafarova bir neçə zərbə vurub. Məlumata görə, Məlahət Qafarova rayonda falçılıqla məşğul olub. Onun bacısı oğlu vəhhabi təriqətinə etiqad etdiyi üçün bunu qəbul etməyib. Onların arasında dəfələrlə mübahisələr yarandığı deyilir. Bıçaqlanan qadın Göyçay Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir. Hadisəni törədən şəxs saxlanılıb, araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri