"Qarabağ"dan möhtəşəm qol və möhtəşəm qələbə!
UEFA Avropa Liqası pley-off mərhələsinin ilk oyunları keçirilib. APA TV-nin məlumatına görə, ölkə çempionu “Qarabağ” ilk oyunda səfərdə İsveçrənin “Yanq Boyz” klubu ilə qarşılaşıb.
Çempionlar Liqası III təsnifat mərhələsində “Seltik”ə məğlub olaraq mübarizəni Avroliqada davam etdirməli olan “Qarabağ” “Yanq Boyz”la ilk oyunda sərfəli nəticə qazana bilib.
Oyunu üstün keçirən tərəf olan Azərbaycan klubu bir neçə cəhdi boşa verdikdən sonra ikinci hissədə nəhayət hesabı aça biliblər.
Matçın 67-ci dəqiqəsində Almeyda möhtəşəm qola imza atıb.
Qalan dəqiqələrdə daha bir neçə dəfə fərqlənmək şansı olsa da, "Qarabağ" bu şanslardan istifadə edə bilməyib və matç 1-0 komandamızın qələbəsi ilə başa çatıb.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri