Meyit üç gündən sonra tapılaraq sudan çıxarıldı
Samur-Abşeron kanalında batan şəxsin cəsədi tapılıb. APA TV-yə bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat daxil olub. Avqustun 20-də Samur-Abşeron kanalının Siyəzən rayonundan keçən hissəsində batmış şəxsin meyiti tapılıb. 1973-cü il təvəllüdlü Kamilov Rəhman Ziyafət oğlu Samur-Abşeron kanalında batıb. O vaxt xilasedicilərin saatlarla davam edən axtarışları bir nəticə verməmişdi. FHN-nin xilasediciləri cəsədi batdığı yerdən 31 km aralıda taparaq sudan çıxarıblar və aidiyyəti üzrə təhvil veriblər.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri