PKK-nın terror aktına hazırlığının hava görüntüləri - VİDEO
Diyarbəkirdə PKK terrorçularının növbəti hücuma hazırlıq prosesinin havadan çəkilmiş görüntüləri yayımlanıb. APA TV-nin “Anadolu” agentliyinə istinadən yaydığı məlumata görə, kadrlarda şəhərin Sur qəsəbəsində ara küçələrdə xəndək qazaraq barrikadalar quran, ağır silahlarla silahlanmış terrorçuların görüntüləri əks olunub. Bundan başqa terrorçuların Fatihpaşa məhəlləsində polislərə hücumu da havadan lentə alınıb.
Diyarbəkir Əmniyyət Müdürlüyü də üzərindən Suriya Daxili İşlər Nazirliyinin vəsiqəsi çıxan terrorçunun vurulma anını yayımlayıb. Görüntüdə terrorçunun gizləndiyi yerdən polislərə atəş açdığı və cavab atəşi ilə öldürüldüyü yer alıb.
Diyarbəkirdə keçirilən əməliyyat zamanı terrorçulardan çoxlu sayda silah-sursat da götürülüb.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri