Müdafiə Nazirliyi: İtki verməmişik
"Ermənistan Kütləvi İnformasiya vasitələrində Azərbaycan tərəfinin cəbhədə itkilər verməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil".
Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı deyib. O bildirib ki, Azərbaycan ordusu heç bir itki verməyib və erməni tərəfinin yaydığı məlumatlar dezinformasiyadır.
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasına görə, cəbhənin Ağdam və Xocavənd rayonları istiqamətində düşmənin 5 hərbi qulluqçusu məhv edilib və 8 nəfəri yaralanıb. Qısamüddətli şiddətli atəşdən sonra düşmən tərəfin meyitlərini çıxarması və ağır yaralılarına yardım göstərməsi məqsədilə komandanlıq atəşin müvəqqəti dayandırılması barədə qərar qəbul edib.
Ermənistan mətbuatı isə cəbhədə 4 Azərbaycan hərbçisinin ölməsi, 15-dən çox hərbçinin yaralanması barədə xəbər yayıb.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri