Maştağada 13 yaşlı qız qaçırıldı
Bakıda həddi-buluğa çatmayan 13 yaşlı qız qaçırılıb. APA-nın məlumatına görə, hadisə Maştağa qəsəbəsində qeydə alınıb. Orada yaşayan 2002-ci il təvəllüdlü adı açıqlanmayan şəxs “VAZ-2107” markalı avtomobillə qaçırılıb.
Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, bu barədə polisə qaçırılan qızın anası məlumat verib. Anası polisə verdiyi şikayət ərazisində 13 yaşlı qızının evlənmək məqsədi ilə qaçırıldığını və hüquq-mühafizə orqanlarından qızın tapılaraq evinə qaytarılmasında yardımçı olmalarını xahiş edib.
Hazırda polis hadisəni törədən şəxsin müəyyən edilərək tutulması istiqamətində tədbirləri davam etdirir.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri