Bank Of Baku

”Mancester United” Neymar üçün 190 milyon avro təklif etdi

# 11:25
25 avqust 2015

"Mançester Yunayted" rəhbərliyi "Barselona"nın braziliyalı ulduzu Neymar üçün fantastik miqdarda transfer qiyməti təklif edib. APA TV-nin "Globo Esporte"yə istinadən verdiyi məlumata görə, "Qırmızı şeytanlar" Kataloniya təmsilçisinə 190 milyon avro ödəməyə hazır olduqlarını bildiriblər.

Hazırda klubların arasında bir futbolçuya görə ödənilən məbləğin rekordu Madridin "Real" komandasına məxsusdur. Kral klubu 2013-cü ildə "Tottenhem Hotspur"dan Qaret Beylə görə 100 milyon avro ödəmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR