Göyçayda ev yandı: səbəb bilinmir
Göyçay rayonunda fərdi yaşayış evi yanıb. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Göyçay şəhərinin M.Ə.Rəsulzadə küçəsi, dalan 6, ev 2 ünvanındakı mənzildə qeydə alınıb. Şəhər sakini 1983-cü il təvəllüdlü Məmmədov Əli Əliağa oğluna məxsus ümumi sahəsi 108 kvadratmetr olan 3 otaqlı mənzildə baş verən yanğının söndürülməsi üçün əraziyə iki yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Hadisə zamanı evin 20 kvadratmetrlik hissəsi yanıb, mənzilin qalan hissəsi alovdan xilas edilib.
Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri