Sabirabadda mütəşəkkil cinayətkar qruplaşmanın üzvləri həbs olundu
Sabirabadda narkotik tərkibli bitkiləri əkib-becərən və hazır məhsula çevirərək satışı ilə məşğul olan 5 nəfərdən ibarət mütəşəkkil cinayətkar qrup saxlanılıb. Sabirabad Polis Şöbəsindən APA TV-nin Mil-Muğan bürosuna verilən məlumata görə, rayon polisinin keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində məlum olub ki, əvvəllər məhkum olunmuş Yenikənd kənd sakini, 1961-ci il təvəllüdlü Rəhimov Vəlixan Ağasəf oğlu həmkəndlisi, əvvəllər məhkum olunmuş, 1966-cı il təvəllüdlü Əkbərov Elməddin Rəfail oğlu ilə 40 ədəd çətənə kolunu Yenikənd kəndi ərazisində böyürtkən kollarının əhatəsində əkib-becərib. Keçirilən əməliyyat tədbirləri zamanı onlardan 1,15 kq qurudulmuş marixuana aşkar olunaraq götürülüb. Faktla bağlı polis şöbəsinin istintaq bölməsində cinayət məcəlləsinin 237.2.3-cü maddəsi ilə cinayət işi başlanıb.
İstintaqa məlum olub ki, Sabirabad rayon Yenikənd kənd sakinləri 1985-ci il təvəllüdlü Babayev Cavid Fazil oğlu və 1990-cı il təvəllüdlü Rzayev Nuhəli Ağasəmid oğlu Vəlixan Rəhimov və Elməddin Əkbərov tərəfindən qanunsuz olaraq əkib-becərdikləri çətənə kolunun bir hissəsini satış məqsədi ilə talayaraq həmkəndliləri, əvvəllər məhkum olunmuş 1984-cü il təvəllüdlü Hüseynov Bayram Hüseyn oğluna saxlamaq üçün veriblər.
Keçirilmiş tədbirlər nəticəsində Bayram Hüseynova verilən narkotik vasitə sonuncunun yaşadığı evin həyətindən 1,185 kq miqdarında götürülüb.
Rəhimov Vəlixan, Əkbərov Elməddin CM-nin 237.2.3-cü, Babayev Cavid, Rzayev Nuhəli CM-nin 235.1-ci, Hüsenyov Bayram isə CM-nin 234.1-ci maddələri ilə şübhəli şəxs qismində tutulub.
Faktla bağlı Sabirabad Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri