Astarada 60 yaşlı ər arvadını bıçaqladı - TƏFƏRRÜAT
Astarada bıçaqlanma hadisəsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə rayonun Çayoba kəndində qeydə alınıb. Kənd sakini, 60 yaşlı Nurəddin Şöhrət oğlu Nuriyev ailə münaqişəsi zəminində arvadı, 47 yaşlı Heyran Barat qızı Əliyevaya bıçaqla bədəninin müxtəlif nahiyələrindən xəsarətlər yetirib.
Yaralı dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Burada onun xilas edilməsi istiqamətində müvafiq cərrahi tədbirlər görüldükdən sonra reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda Heyran Əliyevanın vəziyyəti ağır olaraq qalır.
Həyat yoldaşını bıçaqlayan Nurəddin Nuriyev isə polis tərəfindən saxlanılaraq istintaq orqanlarına təhvil verilib. Onun hadisəni törədən zaman içkili olduğu bildirilir.
Faktla bağlı Astara Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
Müxbir Ağəddin Babayev, operator Rövşən Əzimov
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri