Azərbaycanda dollar bahalaşmaqda davam edir
Azərbaycan Mərkəzi Bankı növbəti günlük valyuta məzənnələrini açıqlayıb. APA TV-nin məlumatına görə, uzun müddətli enişdən sonra ABŞ dollarının dəyəri artmaqda davam edir. Rəsmi məzənnəyə əsasən, 1 ABŞ dollarının dəyəri 1.0475 manatdır. İki gün əvvəl avro 1,2 manatlıq psixoloji həddi keçsə də, dünəndən etibarən Avrozonanın valyutası manat qarşısında dəyər itirməyə başlayıb. Mərkəzi Bank bu gün 1 avronun dəyərini 1.1885 manat olaraq müəyyən edib. Rusiya rublu da dünənə nisbətən manat qarşısında cüzi dəyər qazanıb. Hazırda 1000 Rusiya rublunun dəyəri 15 manat 20 qəpikdir.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri