Havalar yenidən mülayimləşir
Avqustun 28-də Bakıda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA TV-yə verilən məlumata görə, gündüz Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Temperatur gecə 18-22, gündüz 24-28 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında şimşək çaxacağı, səhər və gündüz arabir yağış yağacağı gözlənilir.
Şərq küləyi əsəcək. Temperaturu gecə 15-20, gündüz 24-29, dağlarda gecə 6-11, gündüz 14-19 dərəcə isti olacaq.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri