Bank Of Baku

OPEK: Neftin qiymətinin bahalaşması Çin iqtisadiyyatından asılıdır

# 11:35
29 avqust 2015

2015-ci ilin sonuna kimi dünya birjalarında neftin 1 barrelinin dəyəri 40-50 dollar ətrafında dəyişəcək.


"APA-Economics"in xəbərinə, bu barədə "Reuters"ə OPEC rəsmisi deyib.

 

Onun sözlərinə görə, cari ilin sonuna kimi yalnız Çin iqtisadiyyatında bərpa prosesi başlayarsa, "qara qızıl" 60 dollaradək bahalaşa bilər.

 

Dekabrda Avstriyanın paytaxtı Vyanada OPEC-in növbəti iclası baş tutacaq ki, bu da neftin bahalaşmasına səbəb ola biləcək amillərdəndir.



Bu arada London birjasında dünən keçirilmiş hərraclarda "AzeriLight" markalı neftin bir barelinin qiyməti təxminən 4 dollar bahalaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR