Bakıda müəmmalı hadisə: 43 yaşlı kişinin meyiti mənzilindən tapıldı
Bakıda mənzildən meyit tapılıb
APA TV-nin Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən Bakı şəhərinin Nəsimi rayonunda, mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Dərhal nazirliyin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Xilasedicilər mənzilin giriş qapısını açıb, 1972-ci il təvəllüdlü Musayev Mansur Rüstəm oğlunun cəsədini aşkar edib və aidiyyəti üzrə təhvil veriblər.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri