Göygöldə baş verən qəzada Türkiyə vətəndaşı öldü
Gəncə-Şəmkir avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində ağır yol nəqliyyat qəzası baş verib. APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, “Mercedes” və “Mitsubishi” markalı avtomobillərin toqquşması nəticəsində Türkiyə vətəndaşı, 1969-cu il təvəllüdlü İsmayıl Aktaş ölüb, Şəmkir rayon Zəyəm kənd sakinləri, 34 yaşlı Anar Xəlilov, 23 yaşlı Ramin Allahverdiyev və 26 yaşlı Elvin Məmmədov ağır bədən xəsarətləri alıblar. Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətlərinin kafi olduğu bildirilir.
Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri