Sabah Bakıda yağış yağacaq
Sentyabrın 1-də Bakıda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA TV-yə verilən məlumata görə, səhər Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimal edilir. Şimal küləyi əsəcək, gecə 19-22, gündüz 24-28 dərəcə isti olacaq.
Azərbaycanın bölgələrində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Axşama yaxın yağış tədricən kəsiləcək. Gecə 16-21, gündüz 24-29, dağlarda gecə 8-13, gündüz 17-22 dərəcə isti olacaq.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri