"Tottenhem" və "Anderlext"in əsas oyunçuları "Qarabağ"a qarşı oynamayacaq
Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq “Qarabağ” iştirak ərizəsini UEFA-ya təqdim edib.
Apasport.az saytının məlumatına görə, Ağdam klubu ilə yanaşı, J qrupunun digər iki iştirakçısının da Avropa Liqası üçün heyəti məlumdur.
Bu qrupda mübarizə aparacaq komandalardan yalnız “Monako”nun sifariş ərizəsi hələlik UEFA tərəfindən təsdiqlənməyib.
“Qarabağ” seçmə mərhələdə iştirak edən heyətə yenilərini əlavə edib. Belə ki, son transferlər Miçel və Samuel Armenterosla yanaşı, uzun müddət zədədən əziyyət çəkən Çumbinyo da heyətə salınıb. Yalnız hələ də zədədən əziyyət çəkən Namiq Ələsgərov qrupda komandaya kömək edə bilməyəcək.
O ki qaldı rəqiblərə, “Tottenhem” aparıcı oyunçularından olan yarımmüdafiəçi Nabil Bentaleb və hücumçu Emmanuel Adebayoru, “Anderlext” isə müdafiəçi Antoni van den Borrla yarımmüdafiəçi Dennis Praeti iştirak ərizəsinə daxil etməyib. Bu komandalar həmçinin B siyahısını da təqdim etməyiblər.
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri