Qudaların qanlı davası: ata və oğlu bıçaqlandı
Lənkəranda bıçaqlanma hadisəsi baş verib. Rayonun Vilvan kənd sakini, 44 yaşlı Mahir Məmmədov ailə münaqişəsi zəminində həmkəndliləri olan kürəkəni, 34 yaşlı Nurəli Bayramova və onun atası Şəmsəddin Bayramova bıçaqla bədən xəsarətləri yetirib. APA Tv-nin xəbərinə görə, hər iki zərərçəkmiş döş qəfəsinin kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə Lənkəran Regional Müalicə-Diaqnostika Mərkəzinə yerləşdirilib.
Hadisəni törətmiş Mahir Məmmədov isə şübhəli şəxs qismində yaxalanaraq istintaq orqanlarına təhvil verilib.
Saxlanılan Mahir Məmmədov bıçaqladığı qudası Şəmsəddin Bayramovla iki tərəfli qohumdur. Belə ki, Şəmsəddin Bayramov Mahirin baçısının əri, Nurəli isə bacısının oğludur.
Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.2.1 maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib