Xaçmazda bir neçə kənddə yanğın oldu
Xaçmaz rayonunda bir neçə kənddə yanğın qeydə alınıb.
APA TV-nin şimal bürosunun məlumatına görə, rayonun 5 yaşayış məntəqəsində yanğın olub.
Xaçmazın Qımılqışlaq, Nərəcan, Armupadar, Xudatkənd və 4-cü şöbə adlanan ərazilərindəki yanğın əsasən biçilmiş sahələr və kol-kos olan ərazini əhatə edib. Yanğının söndürülməsi üçün əraziyə Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi ilə bərabər, Quba, Qusar və Siyəzən rayonlarından da kömək gəlib.
Güclü külək yanğının söndürülməsini çətinləşdirsə də, yanğınlar nəzarətə götürülüb.
DİGƏR XƏBƏRLƏR
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub