“Forbes”in sahibi Rusiyadakı aktivlərini satır
Almaniyanın “Axel Springer” media holdinqi Rusiya bazarını tərk edəcək.
APA TV-nin məlumatına görə, söhbət Axel Springer Russia şirkətinin səhmlərinin 80 faizinin “Artcom Media Group”un rəhbəri Aleksandr Fedotova satılmasından gedir.
Səhmləri satılacaq şirkətə “Forbes”, “GEO”, OK, Gala Bioqrafiya jurnalları, finanz.ru saytı daxildir. “Forbes” jurnalının aylıq satışı 1,5 milyon nüsxədir, digər jurnalların auditoriyası isə 585 minlə 1,2 milyon arasında dəyişir. Səhmlərin qalan 20 faizi "Axel Springer" şirkətinin indiki baş direktoru Regina fon Fleminqin adına rəsmiləşdiriləcək. “Forbes” və digər jurnalların sahiblik hüququnun satışına dair detallar açıqlanmır.
DİGƏR XƏBƏRLƏR
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub