SOS! PKK Naxçıvan sərhədində: terrorçular 10 polisi şəhid etdi
PKK Türkiyə ilə Azərbaycan sərhədində çalışan gömrük əməkdaşlarının içərisində olduğu nəqliyyat vasitəsinə silahlı hücum edib. APA TV-nin Türkiyə saytlarına istinadən verdiyi məlumata görə, 10 polis şəhid olub, üç nəfər yaralanıb.
Hadisə İğdırın Aralıq qəsəbəsi ilə Hasanhan kəndi arasındakı yolda qeydə alınıb.
Hadisədən dərhal sonra bölgədə antiterror əməliyyatlarına başlanıb.
Xatırladaq ki, bu Dilucu sərhəd məntəqəsinin yerləşdiyi ərazidə son belə hadisə deyil. Ötən ay avqustun 27-də də polisləri aparan avtomobil terrorçular tərəfindən atəşə tutulmuş, bir asayiş keşikçisi yaralanmışdı.
DİGƏR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik