PKK türk polisini qızının gözləri önündə güllələdi
Türkiyənin Tunceli vilayətində daha bir polis şəhid olub.
APA TV-nin “Milliyet” qəzetinin saytına istinadən verdiyi xəbərə görə, PKK-çılar qızı ilə birlikdə gəzməyə çıxmış xüsusi təyinatlı polis Kadir Özkaranın avtomobilini atəşə tutublar.
Yaralı halda xəstəxanaya çatdırılan polis bütün cəhdlərə baxmayaraq, dünyasını dəyişib.
Hadisədən sonra Türkiyə hüquq-mühafizə orqanları xüsusi əməliyyata başlayıblar.
DİGƏR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik