54 yaşlı kişi toyda rəqs edərkən öldü - VİDEO
Şirvanda 54 yaşlı kişi toyda ürək tutmasından dünyasını dəyişib. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, ölüm hadisəsi axşam saatlarında Şirvan şəhərində yerləşən şadlıq saraylarından birində baş verib.
Sabirabad rayonunun Azadakənd sakini, 1961-ci il təvəllüdlü Rüstəmov Əssan Hüseynağa oğlu toy mərasimində rəqs edərkən ürək tutmasından dünyasını dəyişib. Qohumları ölən şəxsin bir müddət əvvəl infarkt keçirdiyini qeyd ediblər. Faktla bağlı rayonun hüquq mühafizə orqanları araşdırmalara başlayıblar.
DİGƏR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik