Putin Obama ilə görüşməyə hazırdır
Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Barak Obama ilə görüşməyə hazırdır, lakin bununla bağlı hələlik heç bir razılaşma əldə olunmayıb. APA TV-nin məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Prezident Putin dialoqa həmişə hazırdır, əsasən də, həmkarı Obama ilə. Lakin hələlik buna dair razılaşma yoxdur”, deyə Peskov qeyd edib.
Qeyd edək ki, bundan əvvəl Rusiya XİN rəhbəri Sergey Lavrov Rusiya və ABŞ prezidentlərinin görüşə biləcəyini istisna etməyib. Onun sözlərinə görə, ABŞ tərəfindən belə bir təşəbbüs gələrsə, görüş baş tuta bilər.
DİGƏR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik