Azərbaycanlı zəvvarlar Mədinədən Məkkəyə yola düşdülər
Azərbaycanlı zəvvarlar həcc ziyarətlərini yerinə yetirmək üçün Mədinə şəhərindən Məkkəyə yola düşüblər. APA TV-nin Mədinədə olan müxbirinin verdiyi məlumata görə, Həcc missiyasını həyata keçirən Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri zəvvarları qrup rəhbərləri ilə birlikdə Məkkə şəhərinə yola salıblar. Zəvvarlar artıq Məkkədə otellərə yerləşdirilib. Artıq qrupların bir neçəsi Ümrə ziyarətini başa vurub. Zəvvarlar Kəbəni 7 dəfə dövrə vurduqdan sonra Səfa və Mərvə təpələrini ziyarət ediblər.
Qeyd edək ki, zəvvarları Azərbaycandan gətirən təyyarənin sonuncusu da sentyabrın 16-da Mədinə şəhərinə çatıb. Bu il Azərbaycana 2400 zəvvar yeri ayrılıb və yerlər dolub.
DİGƏR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik