Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçiriləcək
Sentyabrın 24-25-də Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olacaq. APA TV-nin məlumatına görə, bu fikirləri Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, əvvəl həmsədrlər Azərbaycan və Ermənistan xarici işlər nazirləri ayrıca görüşəcək:
"Sonra birlikdə görüş baş tutacaq. Son vaxtlar atəşkəs rejiminin pozulması intensivləşib. Ümid edirəm ki, bu görüşdə bununla bağı bu bir nəticə olar. Rusiya bu sahədə öz diplomatiyasını gücləndirib. Sergey Lavrov Azərbaycana gəldi, mən Moskvada oldum. Amma nəticə üçün işləməliyik. Bəzi məsələləri razılaşdırmalıyıq. RusiyaATƏT-in Minsk Qrupuna dəstəyini davam etdirir. Çalışacağıq ki, bir nəticə alaq, amma əvvəldən demək çətindir".
DİGƏR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik