Bakı-Sumqayıt qatarı qadını vuraraq öldürdü
Bakıda qadını qatar vurub.
Daxili İşlər Nazirliyinin (DİN) Dəmir Yolu Nəqliyyatında Polis İdarəsindən APA-ya verilən məlumata görə, bu gün Keşlə qəsəbəsində Bakı-Sumqayıt xətti ilə hərəkətdə olan sürət qatarı 35-40 yaşlarında qadını vurub. Nəticədə qadın aldığı xəsarətdən yerindəcə keçinib. Onun şəxsiyyəti hələlik müəyyənləşməyib.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik