Bölgələrdə leysan yağacaq, temperatur 14 dərəcəyə düşəcək - HAVA PROQNOZU
Bakı və Abşeron yarımadasında sentyabrın 19-da havanın buludlu olacağı, səhər və axşam saatlarında yağmurlu olacağı, gündüz saatlarında nisbətən mülayim keçəcəyi bildirilir. Yarımadada temperatur gecə 19-22, gündüz 24-27 dərəcə təşkil edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Azərbaycanın bölgələrində mülayim qərb küləyi əsəcəyi, arabir güclənəcəyi gözlənilir. Bəzi rayonlarda yağıntıların gecə saatlarında intensiv xarakter alacağı, leysana keçəcəyi, gündüz kəsiləcəyi bildirilir. Havanın temperaturu bölgələrdə gecə 17-22, gündüz 24-29, dağlıq rayonlarda gecə 9-14, gündüz 16-21 dərəcə olacağı qeyd edilir.
DİGƏR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik