Bank Of Baku

Bakı-Sumqayıt yolunda qəzada yaralanan qadının ayağı amputasiya olunub

# 12:45
18 sentyabr 2015

Bakı-Sumqayıt yolundakı baş verən dəhşətli qəzada xəsarət alan Südabə Rüstəmovanın ayağı amputasiya olunub. Bu barədə APA TV-yə Sumqayıt mərkəzi şəhər xəstəxanasının baş həkimi Vaqif Qəhrəmanov deyib. Onun sözlərinə görə, ayağı amputasiya olunan qadının vəziyyəti kafi qiymətləndirilir. Digər yaralıların vəziyyəti isə keçirdikləri əməliyyata  uyğundur.

 

Xatırladaq ki, dünən səhər saatlarında Bakı Sumqayıt yolunda “Embawood” şirkətinin əməkdaşlarını işə aparan "Ford Tranzit” markalı mikroavtobus idarəetməni itirərək dəmir maneəyə çırpılıb. Qəza nəticəsində 2 nəfər hadisə yerində, bir nəfər isə xəstəxanada dünyasını dəyişib. Digər yaralılar isə Sumqayıt və Bakı xəstəxanalarına çatdırılıb, onlara müvafiq yardım göstərilib.

    

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR