Nazir Rusiyadan miqrantların çıxarılmasına münasibət bildirdi
Kənd təsərrüfatı naziri İsmət Abasov Samux rayonuna səfəri zamanı bildirib ki, Rusiyada miqrantlarla bağlı həyata keçirilən tədbirlər respublikada ixracata heç bir təsir etməyib. APA TV-nin məluamtına görə, nazir onu da bildirib ki, hər il Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı təxminən 6% artır və gələcəkdə də xaricə kənd təsərrüfatı məhsullarının ixracının artırılacağı gözlənilir.
Xatırladaq ki, ötən aylarda Rusiya bazarlarında xüsusi təyinatlı polis dəstəsi - OMON miqrantlara qarşı kütləvi həbslərə başlayıb. Nəticədə minlərlə miqrant ölkədən çıxarılıb. Ekpertlər isə bunun nəticəsi olaraq ölkəmizin kənd təsərüfatına ciddi ziyan dəyəcəyini bildirirdilər.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib