Ermənistanda hərbi komissar qətlə yetirildi
Ermənistanın Tavuş vilayətinin Berd rayonunun hərbi komissarı Derenik Papyan güllələnib.
APA-nın “news.am”a istinadən verdiyi məlumata görə, hadisə ötən gecə Movses kəndində baş verib.
Ermənistan polisinə xəstəxanaya Berd rayonunun hərbi komissarı, 49 yaşlı Derenik Papyanın meyitinin daxil olması barədə məlumat verilib.
Hadisə yerinə gedən əməliyyatçı qrup müəyyənləşdirib ki, axşam saatlarında hərbi komissarla 41 yaşlı Artur M. arasında mübahisə baş verib və o, 16 mm kalibrli ov silahı ilə Derenik Papyanı güllələyib. Nəticədə hərbi komissar ölüb. Qətli törədən şəxs polis tərəfindən saxlanılıb, cinayətin törədildiyi silah götürülüb.
Faktla bağlı məhkəmə-tibbi ekspertizası təyin edilib, istintaq aparılır.
DİGƏR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik