Bakıda "KİA" "Prado"ya çırpıldı
Bakının Xətai rayonunda, Nəcəfqulu Rəfiyev küçəsində yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin xəbərinə görə, 1982-ci il təvəllüdlü Günel Sərxan qızı Mustafayeva idarə etdiyi "KİA Soul" markalı avtomobillə qarşı yolla hərəkətdə olan digər-nəqliyyat vasitəsinin yoluna çıxıb. Yüksək sürətlə hərəkətdə olan "Toyota Prado" markalı avtomobilin sürücüsü isə avtomobili saxlaya bilməyib.
Hadisə zamanı xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik