Papa Vaşinqtonda: Obama trapa qədər gəldi
Roma Papası ABŞ-a gəlib. APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, Fransiski təyyarənin qarşısında prezident Barak Obama ailə üzvləri ilə birgə qarşılayıb.
Pontifik səfərinə Vaşinqtondan başlayıb. Bundan sonra o, Nyu-York və Filadelfiyaya gedəcək. Papanın səfəri 6 gün davam edəcək.
Planlaşdırılmış tədbirlər sırasında Konqresdə çıxış da nəzərdə tutulur. Papa Fransisk Amerika konqresmenləri qarşısında çıxış edən ilk Papa olacaq.
Bu səfər Fransisk üçün də yaddaqalan olacaq. 78 yaşlı pontifik ilk dəfədir ABŞ-a səfər edib.
Xatırladaq ki, Roma Papası Vaşinqtona Kubanın paytaxtı Havanadan gəlib.
DİGƏR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik