Əsəd ordusu hücuma keçdi: İŞİD və silahlı müxalifətə ağır zərbələr!
Suriya ordusu silahlı müxalifət qruplaşmalarında və İŞİD-ə qarşı bir neçə uğurlu əməliyyat reallaşdırıb.
APA TV-nin "Vesti.ru"ya istinadən verdiyi məlumata görə, Hələb şəhəri və ətraf yaşayış məntəqələrində 50 müxalifət silahlısı öldürülüb.
Təxminən bu qədər terrorçu Palmira şəhəri istiqamətində məhv edilib. Palmirada həyata keçirilən antiterror əməliyyatlarına Suriya Hərbi Hava Qüvvələri də dəstək veriblər.
Paytaxt Dəməşqin ətrafında möhkəmlənən müxalifət və İŞİD döyüşçülərinə də zərbələr vurulub. Onların atəş nöqtələrinin susdurulduğu bildirilir.
Xatırladaq ki, məhz həmin mövqelərdən Dəməşq atəşə tutulur.
DİGƏR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik