Türkiyəli yazar: "Payızda aksiyaların yeni dalğası başlayacaq"
Türkiyənin Hatay vilayətində aksiya zamanı dünyasını dəyişən Ahmet Atakanın ölümünə etiraz etmək üçün toplaşan kütləni polis gözyaşardıcı qaz və su şırnaqlarından istifadə etməklə dağıdıb. dilib. Məsələyə Türkiyə prezidenti Abdullah Gül də münasibət bildirib və Ahmet Atakanın ölmünün ciddi şəkildə araşdırılacağını deyib.
Türkiyəli ekspertlər isə sentyabr və oktyabr aylarında gəzi parkı aksiyalarının olacağını proqnozlaşdırır. APA TV-yə danışan türkiyəli siyasi yazar Cüneyt Ülsever də payızda dərslərin başlanmasından sonra aksiyalarla bağlı yeni bir dalğanın gələcəyini deyir. Yazar ümumilikdə Gəzi hadisələrinin baş vermə səbəbindən də danışdı.
Cüneyt Ülsever bu hadisələrin daxili səbəblərdən baş verdiyini, amma Türkiyə ilə bağlı siyasət irəli sürməyən xarici qüvvələrin də bu işlərə müdaxilə etdiyini dedi.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib