Baloğlan Əşrəfov qəzaya düşdü
Azərbaycanın əməkdar artisti Baloğlan Əşrəfov yol qəzasına düşüb.
Bu barədə APA-ya müğənninin özü məlumat verib.
O bildirib ki, hadisə bu gün saat 14.30 radələrində Biləsuvar rayonu ərazisində qeydə alınıb. Müğənninin idarə etdiyi “Land Cruiser” markalı avtomobil “Hyundai” markalı minik maşını ilə toqquşub.
Baloğlan Əşrəfov qeyd edib ki, qəza nəticəsində yüngül xəsarət alıb: “Hər şey yaxşıdır, narahatlığa əsas yoxdur”.
DİGƏR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik