Qubada 3 mənzil birdən yandı
Qubada 3 ev birdən yanıb. APA TV-nin məlumatına görə, hadisə rayonun mərkəzindəki Əliqulu Nərimanov küçəsindəki 88, 90 və 92 nömrəli mənzillərdə qeydə alınıb.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə İdarəsinin Quba və Xaçmaz yanğından mühafizə hissələrinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının digər evlərə keçmə riski olduğundan, həmin mənzillərin sakinləri dərhal evakuasiya olunublar. Daha sonra alovun qarşısı alınıb.
İlkin ehtimala görə, yanğına səbəb elektrik naqillərindəki qısaqapanma olub.
Qeyd edək ki, FHN-in Dövlət Yanğından Mühafizə İdarəsinin əməkdaşları mənzillərə dəymiş ziyanın müəyyən edilməsi üçün araşdırmalara başlayıblar.
DİGƏR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik