Bank Of Baku

Misir kraliçası Nefertitinin məzarının axtarışlarına başlandı

# 13:05
30 sentyabr 2015

Qədim Misir kraliçası Nefertitinin məzarının axtarışlarına başlanıb. APA TV-nin xəbərinə görə, buna səbəb britaniyalı Misirşünas alim Nikolas Rivzin irəli sürdüyü iddiadır.

 

Alimin fikrincə, firon Tutanhamonunun Luksordakı sərdabəsi əvvəlcə məhz Nefertiti üçün hazırlanıb. Çünki Tutanhamon Nefertitinin ögey oğludur. Hazırda alimin səs-küyə səbəb olan iddiası əsasında tədqiqat işləri aparılır. Bunun üçün boşluqları qeydə alan radardan istifadə olunur. Radarın özəlliyi isə odur ki, cihazın şüaları rənglərdən keçərək divarların özünəməxsusluğunu qeydə ala bilir.

 

Nefertitinin məzarının aşkara çıxa bilməsi xəbərinin dünyada maraqla qarşılanmasının səbəbi isə odur ki, o, Misir və dünya tarixində ən gözəl qadınlardan biri sayılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR