Oktyabrın ilk günü hava necə olacaq?
Oktyabrın 1-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, gündüz cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-20, gündüz 27-31 dərəcə isti olacaq.
Bölgələrdə də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir, lakin axşam və gecə əsasən Kiçik Qafqazın bəzi dağlıq və dağətəyi rayonlarında şimşək çaxacağı, qısa müddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-19, gündüz 27-32, dağlıq ərazilərdə gecə 9-14, gündüz 20-25 dərəcə isti olacaq.
DİGƏR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik