Tovuzda sərnişin avtobusu qoyun sürüsünə girdi
Tovuz rayonunda, Bakı-Qazax magistral yolunda avtobus qoyun sürüsünə girib.
APA TV-nin qərb bürosunun məlumatına görə, rayonun Dönük Qırıqlı kəndi ərazisində Gürcüstandan Bakıya sərnişin daşıyan “Mercedes” markalı avtobus yolda qoyun sürüsünü vurub.
Qəza zamanı sürüdə bir xırda buynuzlu heyvan ölüb, biri isə yaralanıb. Avtobusun sürücüsü və sərnişinlərdən xəsarət alan olmayıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik