ABŞ-da kollecdə atışma: 10 ölü, 7 yaralı
ABŞ-da kolleclərin birində atışma baş verib.
APA TV-nin məlumatına görə, Oreqon ştatında baş vermiş atışma nəticəsində 10 nəfər ölüb, 7 nəfər yaralanıb.
İnsident Rozberq şəhəri yaxınlığında yerləşən Umpqua kollecində qeydə alınıb. Oreqon ştatının Duqlas dairəsinin şerifi Con Xanlin mətbuat konfransında bildirib ki, Silahlı hücumu törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları ilə atışma zamanı öldürülüb.
Qeyd edək ki, atışmanın baş verdiyi Umpqua kollecində 3300 tələbə təhsil alır. Şahidlərin sözlərinə görə, silahlı şəxs otağa daxil olaraq atəş açmazdan öncə hər bir tələbədən hansı dinə mənsub olduğunu deməyi tələb edib.
Hadisənin təfərrüatları barədə hələlik məlumat verilmir.
DİGƏR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik