Bank Of Baku

Əfqanıstanda ABŞ təyyarəsi qəzaya uğradı: 14 ölü

# 12:05
2 oktyabr 2015

Əfqanıstanın şərqində, Cəlalabad aeroportu yaxınlığında ABŞ-a məxsus “S-130 Hercules” tipli hərbi-nəqliyyat təyyarəsi qəzaya uğrayıb.

 

APA TV-nin ABC telekanalına istinadən xəbərinə görə, qəza nəticəsində 14 nəfər ölüb.

 

Bildirilir ki, təyyarənin göyərtəsində 6 hərbçi - heyət üzvü və 5 mülki əməkdaş olmaqla  11 nəfər olub. Sərnişinlərin vətəndaşlığı açıqlanmır. Həmçinin təyyarə qəzaya uğrayan an baş vermiş partlayış nəticəsində hadisə yerində olan üç Əfqanıstan vətəndaşı da ölüb.

 

Hələlik qəzanın səbəbləri açıqlanmır. Lakin Taliban silahlıları təyyarəni özlərinin vurduqlarını bəyan ediblər.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR