Müdafiə Nazirliyi: Düşmənin iki hərbi qulluqçusu məhv edilib
Oktyabrın 1-i və 2-də qoşunların təmas xəttində müxtəlif istiqamətlərdə Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin həyata keçirdiyi qabaqlayıcı və vaxtında görülən tədbirlər nəticəsində düşmənin hərəkət fəaliyyətinin qarşısı alınıb.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Silahlı Qüvvələrimizin bölmələrinin vurduğu zərbələrlə qarşı tərəfin iki hərbi qulluqçusu məhv edilib, xeyli sayda yaralısı var.
Silahlı Qüvvələrimizin bölmələri heç bir itki vermədən bütün cəbhəboyu əməliyyat şəraitinə tam nəzarət edir.
DİGƏR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik