Dalaşdığı adama silah çıxartdı
Tovuz rayonunda iki nəfər dalaşıb, biri digərinə silah çəkib. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, insident rayonun Əyyublu kəndində qeydə alınıb.
Kənd sakini Elsevər Mədədovla Gəncə şəhər sakini İntiqam Səlimov arasında hələ ki, səbəbi məlum olmayan səbəbdən münaqişə baş verib. İnsident zamanı Elsevər Mədədov cibindən silah çıxararaq İntiqam Səlimovu hədələyib. Hadisə yerinə gələn polis əməkdaşları Elsevər Mədədovu saxlayaraq silahı ondan götürülüb.
Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik